| |
Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl
ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik
qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını
"Fağır Alı", bəzən də "Fəxr Əli" (Həzrət Əlinin Fəxri,
islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın
sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı
kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi olə
eyni kökdən olduğunu nəql etmişlər.
Müşahidələrin nəticəsi budur ki, ulu babalarımız ilk
dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış,
sonra indiki İmir Həsən kəndinin ərazisində
məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları
bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik
sahələri indi Ermənistan adlanan qədim türk torpaqları
ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə
Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva
qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış
yerinin ərazisində olan qəbilər də tasdiqləyir.
Söz düşəndə 30-35-ci illərin dünyagörmüş qocaları
deyərdilər: "Faxralı yeddi kəndin sonudur". Məlumdur
ki, Faxralı 30-dan çox tayfanı özündə birləşdirib.
Hətta bu tayfaların bir qisminin İranda, Türkiyədə,
Azərbaycanda, Türkmənistanda və türklər yaşayan digər
ərazilərdə eyni adlı tayfalar, kəndlilərlə
soydaşlıqları barədərəvayətlər, fikirlər söyləmək olar.
Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları,
xalxallar,yüksək zirvələrdə düzəldilmiş daş qaravullar
(nişangahlar) əsrlərin yadigarıdır.
|
|
ŞERLƏR |
|
|
Qızılqaya, Boyukgunoy, Qaradağ,
Səngərimdə əriyən qara bax.
Dağlarında Cəngı calır hər bulaq
Omrumdə mənalı anım FaxralıBu torpaqdı
sazın-sozun mahalı
Hər cəməni, hər talası bir xalı
Dağları var yapıncılı, calmalı
Kitabtutmaz min dastanım Faxralı
Səməndər Məmmədov
“Yurd yeri” çal!
Səməd qağa! Sinəmizi dağladın,
“Yurd yeri”ni yada salıb çağladın.
O yerlərə təzdən bizi bağladın.
Pozma halın, düşmən görsün sərt yeri,
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
Heç demirsən, gözü yolda qalan var,
Səməd deyib səni yada salan var,
Bulud kimi boşalan var, dolan var,
Bir də gəzək Xəmmədini, Səngəri
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
Mərd babalar qoyub təməl daşını,
Gəc baxanlar bada verib başını,
Şimşək çaxar, göylər tökər yaşını,
Tamaşadı aşıb-daşan selləri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
Gözəl dağı, Yastananı aşdınmı?
Təhməz bulaq – kef üstündə coşdunmu?
Ballı dərə, Palıddını keçdinmi?
Şennik gəzib, sən də gəl gəz bu yeri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
Şamil bulaq, Tənəklini – yurdumu,
Qızıl qaya şahin kimi durdumu?
Hər çalanda artırırsan dərdimi,
Çıx dağlara seyr eyləyək Ləlvəri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
Qoşabulaq, Bejənazan binəsi,
Kimi görsən sözlə dolu sinəsi,
Şair Nəbi – ləli-gövhər dənəsi,
Tərənnüm et dürr tökülən dilləri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
Gül İsmayıl vurğun oldu sazına,
Tərif dedi, mail oldu sözünə,
Oruc deyər, mən də düşdüm izinə,
Faxralıda bir də salaq lövhəri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!
12.05.1995
Oruc Nikbin
|
| | |
|
 |
Kənd Soveti |
 |
Kəndin yuxarı hissəsində tikilmiş körpü. |
 |
Məscid |
 |
Univerimaq |
 |
Məktəb |
 |
8 illik orta məktəb |
 |
Xəstəxana |
ELAN |
|
|
|